Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcəklər

11:41 - 14.06.2019


14 iyun, Fineko/abc.az. Azərbaycan və Ermənistan XİN başçılarının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüşü iyunun 20-də Vaşinqtonda keçiriləcək.

Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan iyunun 20-də Vaşinqtonda ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə görüşəcəklər.

Bu il Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan yanvarın 16-da Parisdə və aprelin 15-də Moskvada görüşüblər.

 

Bütün xəbərlər