Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında energetika sahəsinə dair yeni sazişin müddəaları müzakirə olunub

16:13 - 3.10.2017


Brüsseldə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında ticarət, sərmayə və energetika sahəsində Saziş layihəsi üzrə danışıqların növbəti raundu keçirilib.

Energetika Nazirliyininin məlumatında bildirildiyi kimi, danışıqlar  zamanı nazirliyi,  Hüquqi münasibətlər şöbəsinin böyük məsləhətçisi Aygün Əliyeva təmsil edib.

“Danışıqlar zamanı “Ticarət və davamlı inkişaf”, “Enerji və xammal”, “Əmtəə ticarət” və “Ticarətdə texniki maneələr” bölmələri üzrə fikir mübadiləsi aparılıb. İlk dəfə olaraq, layihənin “Enerji və xammal”  bölməsinin təqdimatı keçirilib”, - deyə məlumatda xəbər verilir.

Təqdimatda xammal və məhsulların ixrac qiymətləri, tranziti, Azərbaycanın enerji infrastrukturuna üçüncü tərəflərin cəlb edilməsi, müstəqil tənzimləyici orqanın yaradılması müzakirə edilib.

Məlumatda deyilir:  “Müzakirələrin davam etdirilməsi məqsədi ilə, tədbirin sonunda oktyabr ayında video-konfransın keçirilməsi planlaşdırılıb”.  

 

Bütün xəbərlər