“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası davam edir

12:16 - 14.06.2019


14 iyun, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istismarına icazə verilən binaların çıxarışla təmin olunması ilə bağlı işlər davam edir.

Komitə iyunun 14-də Bakıda daha bir istismarına icazə verilən bina sakinlərinə səyyar xidmət göstərib. Belə ki, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində “FVS-İnşaat” MTK-ya məxsus 174 mənzilli yeni çoxmərtəbəli bina sakinlərindən ilkin sənədlər toplanılıb.

Qeyd edilir ki, ümumilikdə 22 binada yerləşən mənzillərə dair 1500-dən çox sənəd qəbul edilib və həmin sənədlər əsasında 600-ə yaxın mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılıb. Qalan sənədlər hazırda icra mərhələsindədir.

Bütün xəbərlər