Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim edilib

12:21 - 14.06.2019


14 iyun, Fineko/abc.az. Milli Qurtuluş Günü ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlillərinə 50 “Xəzər” markalı minik avtomobili təqdim edilib.

Tədbirdə çıxış edən nazirliyin Aparatının rəhbəri Hidayət Abdullayev bildirib ki, bu ilin ötən dövründə Qarabağ müharibəsi əlillərinə artıq 150, indiyədək 6300-dək avtomobil verilib.

Həmçinin aparat rəhbəri 2018-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, bu vaxtadək isə 6654 mənzil təqdim edildiyini, cari ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil veriləcəyini də deyib.

Bütün xəbərlər