Maliyyə Nazirliyi iyunun 18-də 25 milyon manat məbləğində DQİ yerləşdirəcək

15:01 - 14.06.2019


14 iyun, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İSİN Kodu AZ0104006744 olan dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-in məlumatında deyilir ki, hərrac iyunun 18-də keçiriləcək.

DQİ buraxılışının həcmi 25 milyon manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 364 gün təşkil edəcək. Yerləşdirmənin anderrayteri qismində  “PASHA Capital” şirkəti çıxış edəcək”, -  BFB-in məlumatında belə deyilir.

 

Bütün xəbərlər