330x110
 

İstehlak kreditləri üzrə banklar arasında ciddi rəqabət yaranmaqdadır

14.06.2019,16:20


14 iyun, Fineko/abc.az. “İstehlak kreditləşməsində ciddi qaydalar vardır və hər bir vətəndaş istədiyi qədər istehlak krediti götürə bilmir”.

Bunu iqtisadçı ekspert Elman Sadiqov deyib.

İstehlak kreditləri üzrə banklar arasında ciddi rəqabət yaranmaqdadır deyən ekspertin sözlərinə görə, vətəndaşlarımız da bundan istifadə edərək daha uyğun şərtləri olan banklara üz tuta bilərlər: “Biznes kreditlərində faizlər kifayət qədər enməkdədir. Hazırda əsaslandırılmış biznes-plana malik olan rentabelli layihələri (məhz belə layihələrə bu gün bank sektorunun ehtiyacı daha yüksəkdir və bank sektoru üçün bu cür layihələrin maliyyələşdirilməsi əsas prioritet istiqamətdir) iillik 13-15%-li kreditlərlə maliyyələşdirilir. Təəssüf ki, bütün qeyd olunanları təhlil etdikdə, hələ də faizlərin yüksək olmasına səbəb olan bir sıra risklərin (bu risklərin bir çoxunun yumşaldılması bank sektorunun imkanları xaricindədi) qaldığını görürük. Xüsusilə kreditlərin faiz dərəcələrinin artmasına səbəb olan xərc, risk və digər mənfi amillərin aradan qaldırılması təkcə bank sektorundan deyil, həm də hər bir sahədən asılıdır. Bu faktorların hər birinin aradan qaldırılması, risklərin yumşaldılması yolları əlbəttə mövcuddur və həll olunması mümkündür”.