330x110
 

Təhsil Nazirliyi açıq tender elan edir

18.06.2019,09:56


18 iyun, Fineko/abc.az. Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tender elan edir.

Tender 14 lot üzrə keçiriləcəkdir: Nazirlik Qobustan, Ağcabədi, Ağdam, Ağsu, Cəlilabad, Hacıqabul, Lənkəran, Sabirabad, Samux, Şirvan, Siyəzən, Yardımlı, Yevlax rayonlarında tam orta məktəblərin tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasının və təhsil müəssisələrinin qazlaşdırılmasının satın alınması üzrə tender keçirir.

Elanda qeyd olunur ki, iddiaçılar  sənədləri 22 iyul 2019-cu il saat 17.00-a qədər, tender təklifini və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 29 iyul 2019-cu il saat 17.00-а qədər təqdim etməlidirlər.

Əlaqələndirici şəxs-Fərhan Əliyev, Tel.: (+99412) 465 73 48. Ünvan: Bakı şəhəri, Y.Bakuvi küçəsi 18.