“SOCAR Turkey”in “EWE Turkey Holding”ə daxil olan şirkətləri almasına dair müqavilə imzalanıb

09:57 - 18.06.2019


18 iyun, Fineko/abc.az. “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) Almaniyanın “EWE AG” enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən “EWE Turkey Holding”ə daxil olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” şirkətlərini almasına dair müqavilə imzalanıb.

Qeyd edilir ki, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, “SOCAR Turkey”in direktorlar şurasının sədri Vaqif Əliyev həmin şirkətlərin STEAŞ-ın idarəçiliyi altında fəaliyyətini davam etdirərək Türkiyə və Azərbaycan iqtisadiyyatına əlavə dəyər qazandıracağını deyib.

"Bursagaz" və "Kayserigaz"ın şirkətlər qrupuna qatılması ilə Türkiyədəki təbii qaz üzrə fəaliyyət zəncirini tamamladıqlarını bildirən V.Əliyev "Millenicom"un da TANAP boru kəməri boyunca inşası davam edən 1850 kilometrlik "SOCAR Fiber" layihəsi ilə mühüm sinerji yaradacağını qeyd edib.

Xatırladaq ki, SOCAR bu il yanvarın 30-da “EWE Turkey Holding”i və qrupa daxil olan şirkətləri aldığını açıqlayıb.

 

Bütün xəbərlər