Kəskin düşmədən sonra neft yavaş-yavaş ucuzlaşır

18.06.2019,09:58


18 iyun, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,86 dollar və yaxud 1,34% enib və bir barelinin qiyməti 63,35 dollar təşkil edib.

Bazar ertəsi günü Londonun “ICE Futures” birjasında “Brent”in avqust fyuçersi  1,07 dollar (1,73%) enərək bir barelə 60,94 dollar təşkil etmişdir.

“Brent” markalı neftin avqust ayına olan fyuçers qiymətləri çərşənbə axşamı günü saat 09:15-də 0,05 dollar (0,08%) ucuzlaşaraq bir barelə 60,89 dollar təşkil etmişdir.

Nyu-York Əmtəə Birjasında (NYMEX) iyunun 17-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyul fyuçersi 0,58 dollar (1,1%) düşərək bir barelə $51,93 təşkil etmişdir.

“WTI” markalı neftin iyul fyuçersi çərşənbə axşamı günü saat 09:15-də 0,05 dollar (0,1%) enərək 51,88 dollar / barelə təşkil etmişdir.