“Azərsu” ASC kotirovka sorğusu elan edir

10:21 - 18.06.2019


18 iyun, Fineko/abc.az. “Azərsu” ASC daxili vəsaiti hesabına qaynaq çubuqlarının satın alınması məqsədilə kotirovka sorğusu elan edir.

Elanda qeyd olunur ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 20 iyun 2019-cu il saat 16.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.

Əlaqələndirici şəxslər – şöbə rəisi Nicat Abduləzizov və Tural Rzayev. Tel.: (+99412) 431 47 67/1035.

Ünvan: Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC

Bütün xəbərlər