11:11 - 18.06.2019
18 İyun, Fineko/abc. Gürcüstanın bank sektorunun aparıcılarından olan "TBC Bank" və Azərbaycan bankı “Nikoyl Bank” arasında səhmdar sazişi imzalanıb.
Bu barədə məlumat Gürcüstanın adıçəkilən bankının 2018-ci il üzrə illik hesbatında qeyd olunub.
Sözügedən hesabatda vurğulanıb ki, saziş "TBC Bank"ın Azərbaycanda biznesin inkişafına yönəlib və Bankın Azərbaycanda törəmə müəssisəsi olan “TBC Kredit”-lə “Nikoyl Bank”-ın birləşməsini nəzərdə tutur.
Hesabatda qeyd olunanlara əsasən, bu birləşmə nəticəsində "TBC Bank" “Nikoyl Bank”ın nizamnamə kapitalında 8.34% paya sahib olur.
Bununla yanaşı qarşıdakı 4 il ərzində "TBC Bank"ın öz iştirak payını 50%+1 səviyyəsinə qədər artıra bilər.
4 illik kapital qoyuluşu planına görə, "TBC Bank" hər il “Nikoyl Bank”a 3-5 milyon ABŞ dolları arasında sərmayə qoyacaq.
"TBC Bank" "Nikoyl Bank"ın idarə heyətində təmsil olunacaq və birləşmə nəticəsində yaranacaq yeni Bankın strategiyasının inkişafında və icrasında həlledici rol oynayacaq. "TBC Bank" Gürcüstanda qazandığı təcrübdən “Nikoyl Bank”ın idarə edilməsində istifadə etmək niyyətindədir. "Nikoil Bank"ın tamamilə rəqəmsal banka çevrilməsi hədəflənir. "TBC Bank", pərakəndə və KOS bazarlarında "Nikoyl Bank"ın böyüməsini dəstəkləyəcək.
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024