330x110
 

Bu il Azərbaycan İsveçrədən 828 mln. dollarlıq məhsul idxal edib

18.06.2019,12:08


18 iyun, Fineko/abc.az. Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, cari ilin son beş ayında ölkəyə ən çox İsveçrə, Rusiya və Türkiyədən məhsul idxal olunub.

Məlumatda qeyd edilir ki, İsveçrədən idxalın dəyəri 828 milyon 588 min dollar, Rusiyadan 816 milyon 642 min dollar, Türkiyədən isə 567 milyon 283 min dollar olub.