Bank olmayan kredit təşkilatları ilə bağlı yenilik

15:27 - 18.06.2019


18 iyun, Fineko/abc.az. Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) nizamnamə kapitalında mühüm iştirak paylarının məhdudlaşdırılması proseduru müəyyənləşir.

Bu, "Bank olmayan kredit təşkilatları haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Məlumat Vergilər Nazirliyinin Vergilər qəzetində dərc olunub.

Belə ki, layihəyə əsasən, hər hansı şəxs BOKT-un nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən nizamnamə kapitalındakı mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə mühüm iştirak payını artıraraq səsvermə hüququ olan iştirak paylarının və ya nizamnamə kapitalının 20 faizinə, 33 faizinə, 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə, yaxud BOKT-un həmin şəxsin törəmə strukturuna çevrilməsinə gətirib çıxaran iştirak payını müəyyən olunmuş qaydada əldə edə biləcək.

 

Bütün xəbərlər