Azərbaycan 6 mlrd. dollar dəyərində neft və neft məhsulları ixrac edib

16:13 - 18.06.2019


18 iyun, Fineko/abc.az. Cari ilin yanvar-may aylarında Azərbaycandan 14 milyon 58 min 382 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib.

Beş ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 6 milyard 721 milyon 580 min dollar olub.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Xatırladaq ki, ötən ilin ilk 5 ayında ölkədən 11 milyon 779 min 766 ton xam neft ixrac olunmuş, ixrac edilən neftin dəyəri 5 milyard 921 milyon 818 min dollar təşkil etmişdi.

 

Bütün xəbərlər