“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC açıq tender elan edir

17:23 - 18.06.2019


18 iyun, Fineko/abc.az. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC aşağıdakı obyektlərin tikintisi üçün açıq tender elan edir.

1. Araz çayının yeni qolundan suyun təzə suvarılacaq torpaq sahələrinə verilməsi üçün paylayıcı kanalların tikintisi (I mərhələ ərazisinin qrunt sularının aşağı salınması tədbirləri).

2. Ağsu rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Qazanarx kanalının yenidən qurulması.

3. Goranboy rayonunun Erkəc kəndi ərazisində yaradılacaq aqroparkın (fındıq bağlarının) suvarma suyu ilə təmin edilməsi.

4. Tovuz rayonunun Düz Qırıqlı kəndində yaradılan aqroparkın əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi.

5. Füzuli rayonu ərazisində 1200 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi.

6. Yevlax və Goranboy rayonları ərazisində 3120 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi.

Elanda qeyd olunur ki, iddiaçılar ixtisas uyğunluğu haqqında tələb olunan sənədləri 9 iyul 2019-cu il saat 17.00-а qədər, tender təklifini isə ikiqat zərfdə 18 iyul 2019-cu il saat 17.00-а qədər təqdim etməlidirlər.

Tel.: (+99412) 431-08-64. Ünvan: Bakı şəhəri, Hökumət evi, V mərtəbədə, 514 nömrəli otaq.

Bütün xəbərlər