Maliyyə Nazirliyi 25 milyon manat həcmində DQİ yerləşdirib

18:04 - 18.06.2019


18 iyun, Fineko/abc.az. Bu gün Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət qısamüddətli istiqrazların (DQİ) satışını həyata keçirib.

BFB-in məlumatına əsasən, iyunun 18-də AZ0104006744 İSİN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli DQİ yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

21 investor tərəfindən qiyməti intervalı 90.9544 AZN (10.0000%) və 94.3688 AZN (6.0001%) olan 25 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.7530 AZN (6.6999%), orta ölçülmüş qiyməti 93.8119 AZN (6.6326%) müəyyən edilmişdir. 

Nəticədə 25 milyon manat həcmində DQİ yerləşdirilmişdir.

DOİ-in ödəmə tarixi: 16 iyun 2020-ci il.

 

Bütün xəbərlər