Azərbaycanın xarici ticarət dövriyyəsi 10 mlrd. dollar təşkil edib

09:59 - 19.06.2019


19 iyun, Fineko/abc.az. Cari ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 10 milyard 965,2 milyon dollar, o cümlədən ixracın dəyəri 6 milyard 415,8 milyon dollar, idxalın dəyəri 4 milyard 549,4 milyon dollar təşkil edib, nəticədə 1 milyard 866,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, ötən ilin eyni ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 17,7 %, o cümlədən idxal 50,3 %, ixrac 1,9 % artıb. Real ifadədə isə dövriyyə 7,3 %, o cümlədən idxal 19,5 %, ixrac 1,4 % çoxalıb.

İxracın 29,8 %-ni İtaliyaya, 10,7 % Türkiyəyə, 7,8 % Çinə, 6,3 % İsrailə, 5,3 % Almaniyaya, 5,1 % İspaniyaya, 4,7 % Hindistana, 3,6 % Fransaya, 3,3 % Çexiyaya, 3,1 % Gürcüstana, 3 %  Portuqaliyaya, 2,5 %  Rusiyaya, 14,8 %-ni isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,2 % İsveçrə, 14,5 % Rusiya, 9,7 % Türkiyə, 8,3 % Çin, 5,3 % İran, 4,6 % Almaniya, 4,2 % ABŞ, 3,1 % Ukrayna, hər biri 2,8 % olmaqla İtaliya və Kanada, 2,7 % Avstraliya, 2,3 % Qazaxıstan, 23,5 %-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Bütün xəbərlər