Bugünədək 328 sahibkarlıq subyektinə 382 investisiya təşviqi sənədi verilib

10:28 - 19.06.2019


19 iyun, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu vaxtadək 328 sahibkarlıq subyektinə 382 investisiya təşviqi sənədi verilib.

Bildirilib ki, Azərbaycanın 8 iqtisadi rayonunu əhatə edən bu layihələrə 3,3 milyard manatadək investisiya yatırılması və 24,8 min yeni iş yerinin açılması nəzərdə tutulur.

Bunlardan 47,1 milyon manat investisiya dəyəri olan 9 layihə sənaye məhəllələrinin payına düşür.

 

Bütün xəbərlər