Qızıl və gümüş ucuzlaşdı

10:44 - 19.06.2019


19 iyun, Fineko/abc.az. Sonuncu hərraclarda satışı həyata keçirilən qızılın unsiyasının qiyməti açıqlanıb.

Məlum olub ki, qızılın unsiyası 2,10 dollar ucuzlaşıb və hazırda 1 348,60 dollara ticarət olunur. Qızılla yanaşı gümüş də dəyər itirib.

Ancaq qızıldan fərqli olaraq gümüşün qiymətində ciddi ucuzlaşma nəzərə çarpmır. Belə ki, 0,02 dollar azalan gümüş 14,97 dollara satılır.

 

Bütün xəbərlər