ABŞ səfirliyi Bakıda hərrac keçirəcək

19.06.2019,12:26


19 iyun, Fineko/abc.az. ABŞ-ın Azərbaycandakı Səfirliyi ikinci əl avtomobillər üzrə qapalı hərrac keçirəcək.

Bu barədə məlumatı səfirlik yayıb.

Belə ki, iyunun 21-də keçiriləcək hərrac saat 09:00 - 11:00 arasında baş tutacaq. Hərrac Məmmədşərif Həmidov 51 (ABŞ səfirliyinin anbarı) ünvanında olacaq. Hərracın qaydaları, eləcə də avtomobillər ilə həmin vaxt müddətində tanış olmaq mümkündür.

Qalib gəlmiş şəxslər mütləq şəxsiyyəti təsdiq edən şəkilli sənəd təqdim etməli və ödənişi Azərbaycan Manatı ilə nağd şəkildə dərhal həyata keçirməlidir.