Sürixdə İsveçrə-Azərbaycan biznes forumu keçiriləcək

14:05 - 19.06.2019


19 iyun, Fineko/abc.az. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZRPOMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev qeyd edib ki, bu günədək sahibkarlara 13 milyon manat ixrac təşviqi ödənilib.

“Cari ilin ilk 5 ayında 5 milyon 42 min manat, ötən il isə 4 milyon 947 min manat ixrac təşviqinin ödənişi həyata keçirilib.”- deyə Y. Abdullayev vurğulayıb.

Həmçinin bildirib ki, iyunun sonunda İsveçrənin Sürix şəhərinə Azərbacanın ixrac missiyası təşkil olunacaq. İxrac missiyasında 20 şirkət iştirak edəcək. Eyni zamanda, Sürixdə İsveçrə-Azərbaycan biznes forumu da keçiriləcək.

 

Bütün xəbərlər