330x110
 

Azərbaycan Sənaye Korporasiyası beynəlxalq tender elan edir

19.06.2019,14:53


19 iyun, Fineko/abc.az. “Azərbaycan Sənaye Korporasiyası” ASC ölkənin təbii resurslarının optimal istifadə olunması, Azərbaycanda alüminium sənayəsinin inkişaf etdirilməsi, rəqabət qabiliyyətinin artırılması, alüminium sənayesinin yerli xammalla təhciz edilməsi və alunit yataqlarının işlənməsi məqsədilə beynəlxalq tender elan edib.

Tender  2 mərhələli keçiriləcək.

Məqsəd Daşkəsən rayonunda yerləşən Zəylik alunit yatağında axtarış-qiymətləndirmə, dəqiq və istismar kəşfiyyatı işlərinin aparılması, eləcə də ətraflı texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün məsləhətçi şirkətin cəlb edilməsidir.

Tender üzrə əsas şərtlər toplusunun hazırlanması, təkliflərə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Ekspertlər Şurası yaradılıb.