Energetika Nazirliyi ilə Yaponiya şirkəti arasında anlaşma memorandumu imzalanıb

15:17 - 19.06.2019


19 iyun, Fineko/abc.az. Energetika Nazirliyi və Yaponiyanın “Mitsui” şirkəti arasında bərpaolunan enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Nazirlikdən bildirilib ki, memorandum Azərbaycanda bərpaolunan enerji layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, Azərbaycanda iqtisadi baxımdan sərfəli bərpaolunan enerji layihələrinə investisiya qoyuluşunu təşviq edəcək normativ bazanın yaradılması üçün əsas amillər müəyyənləşdiriləcək və inkişaf etdiriləcək.

Memorandumu Energetika nazirinin müavini Samir Vəliyev və “Mitsui” şirkətinin Avropa, Orta Şərq və Afrika ölkələri üzrə vitse-prezidenti Moçida Keniçi imzalayıb.

 

Bütün xəbərlər