Xarici işlər naziri Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb

11:57 - 4.12.2017


4 dekabr, Fineko/abc.az. Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Elmar Məmmədyarov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 4-5 dekabr tarixlərində keçiriləcək 7-ci müşavirəsində iştirak etmək üçün Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

 

Bütün xəbərlər