Rüfət Məmmədov: Bu il xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarların sayı 74% artıb

17:20 - 19.06.2019


19 iyun, Fineko/abc.az. Qeyri-neft sektorunda ixrac 2017-2018-ci illərdə 36,5%, 2019-cu ilin 5 ayı ərzində isə 17,8% artıb. Bu ilin ötən dövründə kənd təsərrüfatı və emalı məhsullarının ixracı 37,6% artıb.

Bunu İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Qeyri-neft sənaye məhsulları ixracının artığını qeyd edən nazir müavini bu sahədə digər mexanizmlərlə yanaşı, sənaye parklarının rolunu da qeyd edib və burada istehsal olunmuş 1,4 milyard manata yaxın məhsulun 267 milyon manatlıq hissəsinin ixrac olunduğunu bildirib.

Azərbaycanın ixrac məhsullarının çeşidlərinin artdığını vurğulayan nazir müavini Rüfət Məmmədov Azərbaycandan 2166 adda məhsulun xarici bazarlara çıxarıldığını diqqətə çatdırıb.

“Bununla yanaşı, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı da artır. Belə ki, bu ilin 5 ayı ərzində xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarların sayı 74% artaraq 18,4 minə çatıb.”- deyə  R.Məmmədov bildirib.

 

Bütün xəbərlər