BMqT-nin nümayəndələri Dövlət Neft Fondunun rəhbərliyi ilə görüşüb

17:30 - 19.06.2019


19 iyun, Fineko/abc.az. İyunun 19-da Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovla görüşmüşdür.

Qyorqiyev BMqT-nin tarixi, prinsipləri, qlobal və yerli layihələri, nailiyyətləri və təşkilatın Azərbaycanda, beynəlxalq və regional miqrasiya proseslərində rolu barədə ətraflı məlumat vermişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Bütün xəbərlər