330x110
 

AMB 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirib

20.06.2019,10:22


20 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

Bakı Fond Birjasının xəbərinə əsasən, iyunun 19-da AMB 50100876S dövlət qeydiyyat nömrəli,  200 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar yerləşdirib.

Hərrac zamanı 17 investor tərəfindən qiyməti 99.4966 AZN (6.51%) olan 25 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 799,001,4 min AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4966 AZN (6.51%), orta ölçülmüş qiyməti 99.4966 AZN (6.51%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200  min  AZN təşkil etmişdir.

Notların ödəmə tarixi: 17 iyul 2019-cu il.