Neftin qiymətləri bir qədər düşəndən sonra yenidən artır

10:49 - 20.06.2019


20 iyun, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,64 (1%) azalıb və beləliklə, neftin bir barelinin qiyməti 63,47 dollar təşkil edib.

Çərşənbə axşamı günü, 5 ayda WTI nefti üçün rekord rəqəm təşkil etmiş kəskin artım nəticəsində, neftin etalon markalarının qiyməti çərşənbə günü keçirilən ticarətdə tədricən artır.

Çərşənbə günü, Londonun “ICE Futures” birjasında “Brent”in avqust fyuçersi  0,32 dollar (0,51%) azalaraq bir barelə 61,82 dollar təşkil etmişdir.

Cümə axşamı günü saat 10:05-də Brent 0,98 dollar (1,59%) bahalaşıb 62,80 dollar /barel təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) iyunun 19-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyul fyuçersi 0,14 dollar (0,26%) azalaraq bir barelə $53,90 təşkil etmişdir. 

“WTI” markalı neftin iyul fyuçersi cümə axşamı günü saat 10:05-də 0,82 dollar (1,53%) artaraq 54,58 dollar / barelə təşkil etmişdir.

 

Bütün xəbərlər