Sığorta olunmayan təqdirdə cəza tədbirləri sərtləşdirilməlidir – Ekspert rəyi

11:13 - 20.06.2019


20 iyun, Fineko/abc.az. Bütün dünyada ən vacib olan sığorta növlərindən biri də daşınmaz əmlakın sığortasıdır.

Çox təəssüf ki, Azərbaycanda bu sığorta növü ürəkaçan səviyyədə inkişaf etməyib.

Bəs görəsən daşınmaz əmlakın sığortasının inkişaf etməməsinə səbəb nədir?

Sığorta eksperti Qoşqar Şəkərəliyev deyir ki, bu sığorta növünü inkişaf elətdirmək üçün əvvəlcə nəzarət mexanizmi təkmilləşdirilməlidir.

Onun sözlərinə görə, hazırda mənzillərin icbari sığortası yalnız əmlakın alqı-satıqısı əməliyyatı zamanı həyata keçirilir: “Başqa əməliyyatlar zamanı isə bu həyata keçirilmir. Nəzarət mexanizmində əlavə olaraq sığorta olunmayan təqdirdə cəza tədbirləri (kommunal xidmətlərdə məhdudiyyətlər, iş fəaliyyətinə məhdudiyyət və s.) sərtləşdirilməlidir.

 

 

Bütün xəbərlər