Kompensasiyalarını ala bilməyənlər vəsaitlərini istənilən vaxt götürə bilərlər

12:33 - 20.06.2019


20 iyun, Fineko/abc.az. Problemli kreditlərlə bağlı kompensasiyalarını ölkədə olmadıqlarından və ya hər hansı səbəbdən ala bilməyənlər üçün geniş komunikasiya yaradılıb və onlar istənilən vaxt vəsaitlərini götürə bilərlər.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda olmayan və ya müxtəlif səbəblərdən kompensasiyalarını almayan şəxslər üçün vaxt məhdudiyyəti yoxdur.

Qeyd edək ki, problemli kreditlərlə bağlı kompensasiyanın ödənişinin son tarixi mayın 28-ə qədər müəyyənləşmişdi.

Bütün xəbərlər