330x110
 

Samir Şərifov: İki illik istiqrazların faiz dərəcəsi 7 faizdə qərarlaşıb

20.06.2019,16:10


20 iyun, Fineko/abc.az. “Biz müxtəlif dövləri əhatə edən dövlət istiqrazlarını buraxırıq. Bu da vacib bir məsələdir. Ona görə ki, istiqrazlar Azərbaycanda pulun dəyərini müəyyənləşdirən bir alətdir”.

Bunu AzTv-nin “Günün Nəbzi” proqramında qonaq olan Maliyyə naziri Samir Şərifov deyib.

İki həftə bundan əvvəl nazilriyin  buraxdığı istiqrazlara tələbat 5 dəfə artıq olub deyən nazir qeyd edib ki, bununla da 2 illik istiqrazların faiz dərəcəsi 7 faizdə qərarlaşıb: “Artıq dünən Bakı Fond Birjasında həyata keçirilmiş növbəti dövlət istiqrazları üzrə auksionda bir illik istiqrazın faiz dərəcəsi 6,2 faizə qədər enib. Bu kifayət qədər hesab edirəm ki, müsbət haldır. Bu onu göstərir ki, pul kütləsi olsa da, amma onun faiz dərəcələri tədricən azalmaqda davam edir. Biz bunu müsbət faktor kimi qiymətləndiririk”.