Son 5 ayda ölkədə 30 mlrd. manatlıq ÜDM istehsal edilib

16:41 - 20.06.2019


20 iyun, Fineko/abc.az. 2019-cu ilin son 5 ayında  ölkədə 30 milyard 608,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ÜDM istehsalının 46 faizi sənayenin, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 3,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 14,4 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 3 min 99 manata bərabər olub.

 

Bütün xəbərlər