Ölkənin ictimai iaşə dövriyyəsi 536 mln. manat olub

17:32 - 20.06.2019


20 iyun, Fineko/abc.az. 2019-cu ilin son 5 ayında ölkənin ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 536,3 milyon manat olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olnur ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 59,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə keçən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 215,3 milyon manat təşkil edib.

Bütün xəbərlər