Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib

18:11 - 20.06.2019


20 iyun, Fineko/abc.az.  Prezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Dövlət başçısının imzaladığı digər sərəncama əsasən isə  Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.

Bütün xəbərlər