İlham Əliyev “Azərsilah”ın yaradılması haqqında Fərmanı ləğv etdi

08:55 - 21.06.2019


21 iyun, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev, xüsusi kommersiya strukturu olan “Azərsilah” ASC-in yaradılması haqqında” yanvar ayında imzalanan Fərmanın ləğv edilməsi haqqında Fərman imzalayıb.

19 yanvar 2019-cu il tarixli fərmanda “Azərsilah”ın, Azərbaycanda qabaqcıl texnologiyaların tətbiqi ilə, ölkə daxilində və xaricdə silah istehsalı, ixracı və satışını təşkil edəcək kommersiya hüquqi şəxs olacağı nəzərdə tutulmuşdur. Həmçinin müasir menecment və korporativ idarəetmə standartları əsasında tabeliyində olan müəssisələri əlaqələndirəcək və bu sahənin inkişafı ilə bağlı digər məsələləri həll edəcək.

 

Bütün xəbərlər