Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxsə çevrilir

10:17 - 21.06.2019


21 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun fəaliyyətinin təkmilləşdirilməsi barədə” Fərman imzalanıb.

Fərmana əsasən, Nazirliyin  tabeliyində publik hüquqi şəxs statusu olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu yenidən təşkil ediləcək. Publik hüquqi şəxsin fəaliyyətə başlaması və nizamnamə fondunun formalaşdırılması üçün Azərbaycan Respublikası Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 1 milyon manat ayrılıb.

 

Bütün xəbərlər