330x110
 

Gəncə Şəhər Baş Polis İdarəsi açıq tender elan edir

21.06.2019,10:19


21 iyun, Fineko/abc.az. Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsi aşağıdakı işlərin görülməsi və malların satın alınması məqsədilə  açıq tender elan edir.

Tender 2 lot üzrə keçirilir: Gəncə Şəhər Baş Polis İdarəsində generatorların, qazanxana avadanlıqlarının, havalandırma və soyutma sistemlərinin texniki baxışı və təmiri işlərinin satın alınması; Dəftərxana və təsərrüfat mallarının satın alınması.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri  24 iyul 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 1 avqust 2019-cu il saat 17.00-a qədər Gəncə şəhəri, DİN-in Gəncə Şəhər Baş Polis İdarəsinə təqdim etməlidirlər.

Əlaqələndirici şəxs- Polad Fərəcov. Tel.: (994 50) 346 50 11.