İyunun 24-də keçiriləcək depozit hərracında AMB 150 milyon manat cəlb etməyi planlaşdırır

10:59 - 21.06.2019


21 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.

AMB-in məlumatına görə, iyunun 24-də keçiriləcək depozit hərracında  bank 150 milyon manat məbləğində vəsaitin cəlb edilməsi planlaşdırır.

“Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək. Cəlb edilən vəsaitlər üzrə faiz dəhlizi  6,51% - 8,49% təşkil edir”, - AMB-in məlumatında belə deyilir.

Hərraclar 13 iyun 2016-cı il tarixindən etibarən keçirilir.

 

 

Bütün xəbərlər