330x110
 

Şərikli sığorta barədə nə bilirik?

21.06.2019,11:55


21 iyun, Fineko/abc.az. Şərikli sığorta barədə Sığorta haqqında Azərbaycan Respublikasının Qanunun Ümumi Müddəalarında bir sıra bəndlər qeyd olunub.

Həmin bəndlərdə vurğulanır ki, sığorta obyekti bir müqavilə əsasında bir neçə sığortaçı tərəfindən sığortalana bilər.

Bu müqavilədə hər sığortaçının razılaşdırılmış paylar əsasında hüquq və vəzifələrini müəyyən edən şərtlər olmalıdır. Bununla yanaşı yüksək risklərin birgə sığortalanması üçün sığortaçılar öz aralarında bağlanan saziş əsasında sığorta daxili yarada bilirlər. Həmçinin sığortalı qarşısında öhdəliyi öz payı miqdarında olmaqla şərikli sığortaçılardan biri sığortalı ilə münasibətdə bütün şərikləri təmsil edə bilər.