Samir Şərifov: Problemli kreditlərin həll olunması bankların maliyyə durumuna müsbət təsir edib

12:11 - 21.06.2019


21 iyun, Fineko/abc.az. Problemli kreditləri olan şəxslərə kompensasiyaların ödənilməsi insanların maliyyə durumuna müsbət təsir etməklə yanaşı, digər tərəfdən dolayı yolla bank sistemini də xeyli sağlamlaşıdırıb.

Bunu Maliyyə naziri Samir Şərifov söyləyib.

Nazir bildirib ki, bir çox banklar sözügedən kreditləri problemli kreditlər kimi göstərirdilər: “Bu da bankların kapitallarına mənfi təsir edirdi. Bununla da kapital adekvatlıq əmsallarının aşağı enməsinə gətirib çıxarırdı. Problemli kreditlərin həll olunması bir çox bankların maliyyə durumunun qısa müddət ərzində müsbətə doğru dəyişməsinə gətirib çıxarıb”.

Bütün xəbərlər