“KOB kadr bankı” hazırlanır

12:15 - 21.06.2019


21 iyun, Fineko/abc.az. “Kiçik və orta sahibkarlıq subyektlərinin istehsal fəaliyyətinin dəstəklənməsi üçün onların kadr potensialının artırılmasına dövlət dəstəyi mexanizminin təmin edilməsi istiqamətində hazırda “KOB kadr bankı”nın hazırlanması istiqamətində işlərə başlanılıb.”

Bunu KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov deyib.

“Məqsəd KOB subyektləri üçün tələb olunan vəzifələr (peşələr) üzrə ixtisaslı kadrlara dair ehtiyacları, o cümlədən əlavə təhsilə dair tələbatın həcmini, ölkə üzrə müxtəlif kadrlara dair məlumatları özündə əks etdirən sistemi yaratmaqdır. Bu prosesdə biz təhsil sektorunda fəaliyyət göstərən qurumlarla da əməkdaşlıq edə bilərik.” deyə O.Məmmədov vurğulayıb.

Bütün xəbərlər