Maliyyə Nazirliyi 15 milyon manat məbləğində DOİ yerləşdirəcək

21.06.2019,14:10


21 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.

BFB-in məlumatında deyilir ki, iyunun 25-də keçiriləcək hərracda AZ0106011759 nömrəli 15 milyon manatlıq DOİ satışı həyata keçiriləcək.

“İstiqrazın nomunal dəyəri 100 manat, tədavül müddəti 1092 gün təşkil edəcək, faiz gəlirliyi 9%-dir. Yerləşdirmənin anderrayteri qismində  “PASHA Capital” şirkəti çıxış edəcək”, -  BFB-in məlumatında belə deyilir.