330x110
 

Azər Bayramov: DSMF-nin büdcəsinin gəlir və xərclərinin 200 mln. manat olması nəzərdə tutulub

21.06.2019,14:33


21 iyun, Fineko/abc.az. İyunun 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

İclasda iştirak edən Maliyyə nazirin müavini Azər Bayramov deyib ki, Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq əmək pensiyalarının və müavinətlərın əhəmiyyətli dərəcədə artırılması üçün DSMF-nin büdcəsinin gəlir və xərclərinin 200 milyon manat olması nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, ölkədə minimum əməkhaqqı və büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqları üzrə cari ilin aprel-may aylarında tətbiq olunmuş və sentyabrdan nəzərdə tutulan əlavə artımlar hesabına dövlət sosial sığorta haqları üzrə təxminən 350 milyon manat vəsaitin daxil olunacağı proqnozlaşdırılır. Həmin vəsaitin də 172 milyon manatı dövlət büdcəsindən maliyyələşən təşkilatların payına düşəcək.