2019-cu ilin I rübündә xarici ticarәt dövriyyәsi 37,4 % artıb

14:35 - 21.06.2019


21 iyun, Fineko/abc.az. 2019-cu ilin I rübündә Azәrbaycanın xarici sektor göstәricilәrinin yaxşılaşması davam edib.

Bu fakt Mərkəzi Bankın Pul Siyasəti İcmalının yanvar-mart ayları üçün açıqladığı hesabatında əks olunub.

Hesabata əsasən, ölkәnin ixrac potensialının artması vә әlverişli beynәlxalq konyunktur xarici ticarәt balansında iri hәcmli profisitin yaranmasını tәmin edib. Dövlәt Gömrük Komitәsinin (DGK) mәlumatlarına әsasәn 2019-cu ilin I rübündә xarici ticarәt dövriyyәsi 37.4% artaraq 7.6 mlrd. dollar tәşkil edib ki, bunun da 4.5 mlrd. dollar (vә ya 58.9%-i) ixracın, 3.1 mlrd. dollar (vә ya 41.1%-i) isә idxalın payına düşüb. Bununla yanaşı sözügedən dövrdə xarici ticarәt balansında 1.3 mlrd. dollar mәblәğindә müsbәt saldo әmәlә gәlib. Bu dövr әrzindә 155 ölkә ilә ticarәt әmәliyyatları hәyata keçirilib.

 

Bütün xəbərlər