Vüqar Gülməmmədov: Fondun dövlət büdcəsindən asılılığının azalması gözlənilir

14:50 - 21.06.2019


21 iyun, Fineko/abc.az. İyunun 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

İclasda iştirak edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar sosial həssas qruplarla yanaşı, ümumilikdə ölkə əhalisinin rifahının yüksəldilməsinə yönəldiyini söyləyib.

Vüqar Gülməmmədov qeyd edib ki, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsindən də göründüyü kimi, Sosial Müdafiə Fondunun büdcəsi 2019-cu ildə 200 milyon manat artırılır. Bu artırılma nəticəsində Fondun dövlət büdcəsindən asılılığının 38,3 % - dən 32,8 %-ə  düşməsi gözlənilir.

 

Bütün xəbərlər