24-cü Dünya Neft Konqesinə ev sahibliyinə namizədlərdən biri Azərbaycandır

15:19 - 21.06.2019


21 iyun, Fineko/abc.az. İyunun 22-də Energetika naziri Pərviz Şahbazov Sankt-Peterburqda Dünya Neft Şurasının növbəti iclası və 6-cı Gənclər Forumunda iştirak edəcək.

Nazirlikdən verilən məlumata görə, iclas çərçivəsində Dünya Neft Şurasının 2023-cü ildəki 24-cü Dünya Neft Konqesinə ev sahibliyi edəcək ölkə müəyyənləşdiriləcək. 2005-ci ildən Dünya Neft Şurasında təmsil olunan Azərbaycan da tədbirin ev sahibliyinə 5 namizəd ölkədən biridir.

İyunun 23-də isə nazir Dünya Neft Şurasının təşkilatçılığı ilə keçirilən 6-cı Gənclər Forumunda iştirak edəcək. Forumda “Enerji transformasiyası, gələcəyin enerji xəritəsi” mövzusunda Rusiyanın energetika naziri ilə yanaşı Pərviz Şahbazov da çıxış edəcək.

 

Bütün xəbərlər