Dövlət Turizm Agentliyi kotirovka sorğusu elan edir

16:04 - 21.06.2019


21 iyun, Fineko/abc.az. Dövlət Turizm Agentliyi Quba Kulinariya Festivalının təşkili işlərinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir.

İddiaçılar Bakı, Nizami küçəsi 96 E, Landmark I, 3-cü mərtəbəyə müraciət edə bilərlər. (əlaqə telefonları- 505 87 04 (əlavə 2303), faks- 492 05 92.

Elanda qeyd olunur ki, kotirovka təklifi tələb olunan formada hazırlanaraq, üzərində hüquqi şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 28 iyun 2019-cu il saat 18.00-a qədər Dövlət Turizm Agentliyinə təqdim olunmalıdır.

Bütün xəbərlər