Quba Destinasiya Menecmenti Təşkilatının açılışı olub

21.06.2019,17:31


21 iyun, Fineko/abc.az. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Quba Destinasiya Menecmenti Təşkilatının təqdimedilmə ictimaiyyətə təqdim edilib.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ilk pilot layihə olaraq Destinasiya Menecmenti Təşkilatı üçün Quba və Qusarın seçilməsinin təsadüfi olmadığını, bu rayonların Azərbaycana gələn turistlərin ən çox üz tutduğu rayonlar sırasında yer aldığını qeyd edib.

Agentlik sədri layihənin davamı olaraq Şəkidə də Destinasiya Menecmenti Təşkilatının açılışının baş tutacağını bildirib.

Destinasiya Menecmenti Təşkilatları regionların turizm potensialını daha effektiv istifadə etmək, regional turizmin təbliğatını aparmaq, bununla da uzunmüddətli davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə yeni idarəetmə modeli olaraq fəaliyyət göstərəcək.