Azərbaycan Mərkəzi Bankı depozit hərracında 200 milyon AZN cəlb etdi

15:34 - 4.12.2017


4 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bazar ertəsi günü keçirilən növbəti depozit hərracında 200 milyon manat cəlb etdi.

AMB hərracda 200 milyon manat cəlb etmişdir, hərçənd hərrac gedişatında təklif  548,6 milyon manat təşkil etmişdir.  Ortaçəkili dərəcə 10,01% təşkil edib.

Vəsaitlər 14 gün  tədavül müddətinə cəlb olunub.

Xəbər verildiyi kimi, AMB 2016-cı ilin iyun ayından etibarən depozit  hərraclarını keçirir.

 

 

Bütün xəbərlər