Neftin qiymətləri artıb

09:54 - 24.06.2019


24 iyun, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,05 (1,6%) artıb. Beləliklə, neftin bir barelinin qiyməti 66,76 dollar təşkil edib.

Cümə günü, Londonun “ICE Futures” birjasında “Brent”in avqust fyuçersi  0,75 dollar (1,16%) artaraq bir barelə 65,20 dollar təşkil etmişdir.

Bazar ertəsi günü saat 9:00-da Brent 0,30 dollar (0,46%) bahalaşaraq 65,50 dollar /barel təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) iyunun 21-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyul fyuçersi 0,36 dollar (0,63%) artaraq bir barelə $57,43 təşkil etmişdir. 

 “WTI” markalı neftin iyul fyuçersi bazar ertəsi günü saat 9:00-da 0,39 dollar (0,68%) artaraq 57,82 dollar / barelə təşkil etmişdir.

 

Bütün xəbərlər